Naxçıvan Dövlət Universiteti: Heydər Əliyevin ideyaları ilə inkişaf edən ali məktəb...
22-05-2023 [17:27]
Cavadxan Qasımov,
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
***
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə genişmiqyaslı tədbirlər geçirilməkdədir. Hər birimizin böyük sevgisi ilə reallaşmış olan bu tədbirlər ulu öndərimizin misilsiz xidmətlərinin hörmət və rəğbətlə qarşılanmasının gerçək ifadəsi olmaqdadır.
Qeyd etmək lazımdır ki, milli liderimiz siyasi fəaliyyətinin istər keçmiş İttifaq mərhələsində, istərsə də, hazırkı müstəqillik mərhələsində ölkəmizin hərtərəfli inkişafının təmin olunması sahəsində sistemli, əlaqəli və perspektivli tədbirlərin əsaslarını müəyyən etmiş və bu sahədə mütərəqqi iqtisadi, hüquqi bazanın yaradılmasını təmin etmişdir. Təhsildə keyfiyyətin üstün tutulması, istlahatyönümlü və yenilikçi gənc kadrların ixtisaslaşması, onlardan ölkəmizin uzaq gələcək üzrə hədəf və prioritetlərinin əlçatan olmasında yararlanmaq imkanlarının müəyyən olunması, bütün tərəfləri ilə səmərəliliyinə görə seçilmişdir. Bu isə, təbii olaraq, modernlərşən elmi araşdırmalar mühitinin güclü təsisatlarının yaradılması sahəsində etibarlılığına görə seçilmişdir.
Hələ 1969-1982-ci illər ərzində:
- gənc kadrların hazırlanması;
- ölkəmizdə ali məktəb şəbəkəsinin möhkəmləndirilməsi;
- regionlarda kadr potensialının diqqətdə saxlanılması;
- əmək ehtiyatlarından istifadənin ən səmərəli yollarının müəyyən olunması;
- elmi, nəzəri əsaslandırma və təcrübi keyfiyyətlərin sintezinin düzgün təşəkkülündən ibarət olan mexanizmlərin işləkliyinin təmin olunması müasir dövrümüzdə də, şaxələndirilmiş nəticələrinə görə əhəmiyyətli olan məsələlərdən biri olaraq təşəkkül tapmışdır. Təbii olaraq, bütün bunlar isə, öz özlüyündə, ölkənin iqtisadi, sosial, mədəni, hüquqi və digər sferaları üçün şaxələndirilmiş təminatlılıq imkanlarının etibarlılığını göstərməkdədir.
Məhz bu imkanlar, bütün tərəfləri ilə Naxçıvan Dövlət Universitetinin də müasir və çağdaş tədris proseslərinin təşəkkülündə özünü göstərməkdədir. Ulu öndərmizin ali məktəbimizin daha da güclü təsisatlar müstəvisində inkişaf etməsinə istiqamətlənmiş olan tədbirləri davamlılığına, etibarlılığına və perspektivliliyinə görə daha əhəmiyyətlidir.
Qeyd etmək olar ki, təhsil hər millətin gələcəyi, onun işıqlı günlərinin təminatçısı və uğurlu davamıdır. Bu mənada, təhsilin diqqətdə saxlanılması günümüzün olduqca mühüm tələblərinə çevrilməkdədir.
Unu öndərimiz, dörd dəfə səfər etmiş olduğu ali məktəbimizin daim diqqət mərkəzində saxlanılmasının önəmini vurğulamış və bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Hələ 1996-cı ilin oktyabr ayında Naxçıvan Dövlət Universitetinin yeni tədris binasının açılışı tədbirlərində iştirak etməklə, bu təhsil ocağının Azərbaycan elminə və təhsilinə vermiş olduğu töhfələrdən söz açmışdır. Məhz bu gün universitetimiz ulu öndərin həmişəyaşar ideyaları ilə olduqca mühüm və tarixi inkişaf yolunu keçməkdədir.
Naxçıvan Dövlət Universitetinin yeni tədris idarəetməsi istiqamətində son üç il ərzində həyata keçirilən tədbirlər, onun bütün istiqamətlərlə yanaşı, beynəlxalq miqyaslı əməkdaşlıqları sahəsində də yeni perspektivlər açmışdır. Ali məktəbin geridə qalan illər üzrə qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu universitetləri ilə sıx əməkdaşlıqları buna misal olaraq göstərilə bilər. Sonrakı mərhələlərdə universitetimizin Yaponiya dövlətinin elm və təhsil sahələri üzrə aparıcı şirkətlərinin səlahiyyətli nümayəndələri ilə, xüsusilə də, 150 ilə yaxın yaşı olan Elsevier şirkətinin rəhbərliyi ilə, əməkdaşlıqları bu istiqamətdə mühüm addımların tərkib hissəslərindən birini təşkil etməkdədir.
Dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə reallaşmış olan bu nailiyyətlər, universitetin rektoru hörmətli Elbrus İsayevin səmərəli idarəçilik və güclü tədris təcrübəsi əsasında mümkün olmaqdadır. Bu günlərdə rektorumuzun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyanın ən prestijli kənd təsərrüfatı araşdırma mərkəzində olması, orada müxtəlif səmərəli görüşlər və müzakirələr keçirməsi, eyni zamanda, həmin mərkəzin imkanları ilə tanış olması özünün bir neçə əlaamətdar nəticələrinə görə aktual olmaqdadır.
- Hər şeydən əvvəl, ölkəmiz milli iqtisadiyyatın uzunmüddətli perspektivləri müstəvisində iqtisadiyyatın aparıcı sahələrinin qarşılıqlı əlaqədə olmaqla inkişafında maraqlıdır və bu sahədə hüquqi və iqtisadi tənzimlənmə mexanizmlərindən yararlanmaqla, xüsusilə də, etibarlı infrastruktur təsisatlarını yaratmaqdadır. Bu mərhələnin uğurla keçilməsi Naxçıvan Dövlət Universitetinin tədris prosesləri ilə yanaşı, həm də, ölkənin iqtisadi prioritetlərinin daha da əlçatan olması sahəsində önəmli addım olacaq;
- Digər tərəfdən, məhz kənd təsərrüfatı üzrə araşdırma mərkəzində həmin görüşlərin keçirilməsi həm də universitetimizin Mərkəzi Avropaya, bu coğrafiyadakı elm və tədris strukturlarına çıxışının təmin olunması sahəsində mühüm addım olacaq. Təbii olaraq, bu isə universitet əməkdaşlarının elmi araşdırma sahəsindəki təmsilolunma ünvanlarında Mərkəzi Avropa ölkələrinin də adları olacaqdır;
- Bununla yanaşı, ölkəmiz yeni iqtisadi prioritetlər və reallıqlar istiqamətində qətiyyətli addımlar atmaqdadır. Xüsusilə, hər birimiz üçün qürurverici olan işğaldan azad olunan ərazilərimizdə yenidən qurma, bərpa və abadlaşdırma işləri uğurla davam etdirilməkdədir. Həmçinin dövlət başçımız işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur ərazilərini “Yaşıl Enerji Zonası” elan etmişdir. Həmin ərazilərin isə təsdiq olunan potensialı 9200 meqavat enerji təşkil edir. Bunun 7200 meqavatı Günəş, 2000 meqavatı isə Külək enerjisindən ibarət olmaqdadır. Bu görüşlər, müzakirələr və anlaşmalar imkan verəcək ki, universitetimiz ölkəmizin “Yaşıl İqtisadiyyat” sahəsindəki tədbirlərinə özünün elmi potensialı və tədris prosesləri ilə dəstək olsun. Çünki, “Yaşıl İqtisadiyyat” sahəsindəki məqsədyönlü idarəetmənin aparıcı qüvvəsi məhz kənd təsərrüfatıdır, ekoloji balansın qorunmasıdır və bu amillər üzrə makroiqtisadi tədbirlərin həyata keçirilməsindən ibarət olan tədbirlərdir;
- Universitetimizin ərazisində tikintisi uğurla davam edən Texnologiyalar Parkının istismara verilməsindən sonra, bu görüşlərin daha mütərəqqi nəticələrinin şahidləri olacağıq. Belə ki, görüşlərin ardıcıllığına diqqət etdikdə aydın olur ki, kənd təsərrüfatı araşdırma mərkəzində kənd təsərrüfatı sahəsində innovasiyalarla bağlı 97 araşdırma layihəsi və Avropa Birliyinin maliyyələşdirdiyi 11 layihə icra olunmaqdadır. Burada, təhsil və araşdırma mərkəzi ilə qarşılıqlı müzakirələr aparılıb, gələcək əməkdaşlıqlar barəsində razılıq əldə olunub. Eyni zamanda, bu əməkdaşlıqlar çərçivəsində, mərkəzin tədqiqatçılarının Naxçıvana dəvət olunması, avstriyalı mütəxəssislərlə elmi layihələrdə iştirak və birgə məqalələrin nəşrinə nail olmaq və NDU-nun tələbələri üçün mühazirələrin təşkil olunması məsələləri öz yerini almışdır. Elə bu istiqamətdə Texnoparkın əhəmiyyəti də yüksək olacaqdır.
Düşünürük ki, bu görüşlər bütünlükdə, elmi, sosial, iqtisadi, mədəni tərəflərinə görə əhəmiyyətlidir. Belə ki, diqqət etdikdə aydın olur ki, NDU-nun nümayəndə heyəti heyvandarlıq, əkinçilik, iqlim dəyişikliyi ilə bağlı elmi tədqiqatların aparılması, ətraf mühitin mühafizəsi ilə bağlı smart kənd təsərrüfatı layihələrinin idarə olunması sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Məhz bu sahədə əldə olunacaq əməkdaşlıqlar, ali məktəbimizin dünya təhsilinə inteqrasiya olunma sahəsindəki uğurlarını daha da yüksəltmiş olacaqdır.
Yeni iqtisadi-sosial sahələrin təşəkkülü, eyni zamanda, bu sferalarda dayanıqlı tənzimləmə mexanizmləri üzrə həyata keçirilən tədbirlər, qarşıdakı dövrlər üzrə tədris proseslərinin də qarşısında yeni tələblər gətirməkdədir.
Bu, hər şeydən əvvəl, elmlə tədrisin vəhdətindən ibarət olmaqla, özünü nəzəriyyə ilə təcrübənin düzgün əlaqələndirilməsində göstərməkdədir. Xüsusilə də, ölkəmizin uzunmüddətli hədəfləri çərçivəsində:
- qarşıdakı 10 illik üzrə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin əlçatan olmasında;
- ənənəvi istehsalat mexanimzlərindən innovasiyaya və texnologiyalara xas olan iqtisadi idarəetməyə keçidin səmərəliliyində;
- ixtisaslı və dünya iqtisadiyyatına inteqarsiya və bu sferadakı təcrübədən düzgün istifadə etməyə hazır olan kadrların formalaşmasında;
- elmi və nəzəri əsaslandırmalarla təchiz olunmuş ideyaların və təşəbbüslərin gerçəkliyində;
- təbii, iqtisadi və əmək resurslarından səmərəli istifadənin təmin olunmasında və digər amillərin təşəkkülündə özünü ifadə etməkdədir.
Bu məsələlərin daha da aktual olduğu indiki mərhələdə Naxçıvan Dövlət Universitetinin Rektoru, tələbələrin sevimlisi Elbrus Isayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriyaya səfəri çərçisində Kənd Təsərrüfatı, Meşəçilik, Regionların və su resurslarının idarəolunması Nazirliyində görüşlərin keçirilməsi mühüm aktuallığına görə əlamətdar olmaqdadır.
Qarşıdakı mərhələlərdə Texnologiyalar Parkının imkanlarından istifadə olunmaqla, müxtəlif biznes layihələrin həyata keçirilməsi, müvafiq strukturların, xüsusilə də, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan müxtəlif şöbə, laboratoriyaların mütəxəssislərinin konsaltinq xidmətlərin göstərilməsi sahəsində nəticələri də səmərəli olacaqdır.
Eyni zamanda, ali məktəbimizdə bu ixtisaslaşma istiqamətində professor-müəllim heyətinin və tələbələrin bilik, təcrübə və tədris mübadiləsi olduqca məhsuldar olacaq. Ortaq, məqalə, kitab, monoqrafiyaların və digər çap məhsullarının da ortaya qoyulması əlamətdar olması ilə seçiləcək.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı