Sabahın hava proqnozu açıqlandı

img

22-05-2023 [12:57]


Sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir.

Mia.az xəbər verir ki, mayın 23-də Bakıda şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA