"Mançester Siti" türk əsilli oyunçu ilə bağlı qərar verdi - Yeni müqavilə imzalanır

img

22-05-2023 [10:30]


"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq türk əsilli alman futbolçu İlkay Gündoğanla bağlı qərar verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı "Barselona" və "Qalatasaray"a transferdə hallanan İlkay Gündoğan hazırkı komandasında qalacaq.

Məlumata görə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola rəhbərliyə hesabat təqdim edərək "O, mütləq komandada qalmalıdır" deyib: "Premyer Liqada çempionluğu təmin edən "Mançester Siti" ulduz futbolçusu İlkay Gündoğanla müqaviləni yeniləməyə hazırlaşır. Gələn ayın əvvəlində tərəflər yeni müqaviləyə imza atacaqlar".

Xatırladaq ki, türk əsilli alman oyunçu Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 48 oyunda oynayıb. O, bu oyunlarda 9 qol vurub, 7 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA