Çempionlar Liqasının oyununda qalmaqal: ulduz futbolçu məşhur məşqçiyə "çənəni bağla" deyib

img

19-05-2023 [00:06]


Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"nin "Real"a 4:0 hesabı ilə qalib gəldiyi matçda baş məşqçi Pep Qvardiola ilə futbolçu Kevin De Bruyne arasında gərginlik yaşanıb. 

Mia.az xarici mediaya istinadla xəbər verir ki, De Bruyne driblinq zamanı dəfələrlə “ötürmə ver” deyən məşqçisinə hamının eşidəcəyi uca səslə bağıraraq təhqiramiz cavab verib.

Məlumata görə, matçın ikinci hissəsində Kevin De Bruynenin hücum zamanı topla çox vaxt keçirməsi Pep Qvardiolanı özündən çıxarıb. 

O, təkrar ona "ötürmə ver, dedim" deyə səslənib. Bu zaman topu  rəqibə qapdıran ulduz futbolcu məşqçiyə "Shut up" ("çənəni bağla") deyə cavab verib.

Məlumatda qeyd olunur ki, pərt vəıziyətə düşən məşqçi cavab vermədən sakitcə ehtiyat  oyunçuların yanına dönüb. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA