MİQ imtahanlarına sənəd qəbulu başlayır

img

16-05-2023 [16:24]


"Növbəti həftədən müəllimlərin işə qəbulu üzrə imtahanlarda iştirak üçün elektron sənəd qəbulu başlayır".

Mia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu il 8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək.

Nazir bildirib ki, bu il 31 imtahan mərkəzində imtahanlar keçiriləcək: "Son 10 ildə 4 müəllimdən biri müsabiqə əsasında, 3-ü isə köhnə sistem əsasında işə qəbul olunub".

E.Əmrullayev vurğulayıb ki, bu il 10 minə yaxın vakansiya elan olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA