Türkiyə millisinin hücumçusundan seçki paylaşımı: "Sussam..."

img

16-05-2023 [10:34]


Türkiyə millisinin və "Ümraniyespor"un hücumçusu Umut Nayir ikinci tura qalan prezident seçkiləri ilə bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, o, paylaşımında yazıb:

"Sussam, könül razı deyil, danışsam nə yarayar. Yenə də insanların kimlik arxasında gizlənmədiyi, bir-birinə nifrətlə baxmadığı, bir-birini dinləyə bildiyi, ləyaqət, ədalət, bərabərlik və azadlığın ön planda olduğu sabahlar üçün ümid etməyə davam edirəm".

Xatırladaq ki, ilk turda Prezident Rəcəb Tayyib Ərdoğan 49,51, Kamal Kılıçdaroğlu 44,88, Sinan Oğan 5,17, Məhərrəm İncə isə 0,44 faiz səs toplayıb.

Mayın 218-də isə təkrar seçki keçiriləcək.

Fərid

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA