"Fənərbağça" britaniyalı futbolçu ilə anlaşıb

img

16-05-2023 [10:13]


"Fənərbağça" britaniyalı futbolçu Rayan Kentlə anlaşıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub tezlklə bu barədə rəsmi açıqlama verəcək.

Məlumata görə, çempionluq yarışını davam etdirən “Fənərbağça” “Reyncers”lə müqaviləsi mövsümün sonunda başa çatacaq Rayan Kenti heyətinə qatıb.

Maraqlı budur ki, "Reyncers"in baş məşqçisi Maykl Beale "Fənərbaxça"nın Kentlə anlaşama xəbərini təəccüblü qarşılayıb: "Mən bunun doğru olduğuna inanmıram. Rayan Kent bir neçə ildir ki, bizim əsas oyunçudur. Biz onunla komandada qalmaq barədə öz aramızda danışmışıq".

Xatırladaq ki, bu mövsüm “Reyncers”də 44 oyun keçirən ingilis futbolçu cəmi 3 qol vurub, 10 məhsuldar ötürmə verib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA