Abşeron polisində dəyişikliklər oldu - Yeni təyinatlar

img

16-05-2023 [00:23]


Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.

Mia.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.

Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama götürülüb.

Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib(Qafqazinfo)

Xatırladaq ki, Abşeronun polis rəisi Musa Musayev bir neçə ay əvvələ qədər Binəqədinin polis rəisi idi. O, buradan Abşerona rəis göndərilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA