Heydər Əliyev və təhsil - Günel Vahabzadə yazır
09-05-2023 [16:41]
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Ümummillli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir.
“Təhsil millətin gələcəyidir”, - deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003) bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində rəhbərliyə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil alıbsa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.
Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.
“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”, - deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu.
“Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyun, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust, “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun tətbiq edilməsi barədə” 2003-cü il 2 yanvar tarixli fərmanlar təhsilimizin dünya standartları səviyyəsinə qaldırılmasında böyük rol oynayıb. Bununla yanaşı, Azərbaycan tarixinin, ədəbiyyatının, coğrafiyasının tədrisinə, mükəmməl dərsliklərin hazırlanmasına, Azərbaycan dilinin öyrədilməsinə, xüsusilə dövlət dili statusunda təbliğinə diqqət artırıldı. Əlbəttə ki, Heydər Əliyevin Azərbaycan dili ilə bağlı gördüyü işlər ayrıca bir yazının mövzusudur. Təkcə onu xatırladaq ki, 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyanda Azərbaycan dilinin ana dili kimi təsbit edilməsi, o illərdə dördcildlik “Müasir Azərbaycan dili” dərsliyinə Dövlət Mükafatının verilməsi Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi.
“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında” 2002-ci il 4 oktyabr tarixli, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqramın (2003-2007-ci illər) təsdiq edilməsi haqqında” 2003-cü il 17 fevral tarixli sərəncamlar ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaradıb, mövcud problemlərin aradan qaldırılması yönümündə mühüm addımlar oldu.
İslahatlar təkcə təhsil müəssisələrini əhatə etmir, gənclərin təhsilə həvəsləndirilməsi üçün də əsaslı işlər görülürdü. Ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında 2001-ci il 3 sentyabr tarixli Fərman bunun bariz nümunəsidir.
Müəllimə və müəllim əməyinə verilən ən yüksək qiymət
“Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”,-deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalırdı.
Ulu Öndər 1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında bu barədə danışaraq deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır. Müəllimlik peşəsi asan peşə deyil. Bəziləri hesab edirlər ki, hər adam müəllim ola bilər. Bəzən olur ki, müəllimliyə layiq olmayan adam da müəllimlik edir. Belə hallar bu gün də var, gələcəkdə də ola bilər. Ancaq Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi? Biz bunların hamısını məktəblərdən, universitetlərdən, müəllimlərdən, sizdən almışıq”.
Ümummili Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.
Günel Vahabzadə
S.C.Pişəvərı adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktor müavini
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı