Bakıda qadını şantaj ediblər - Görüntülərlə (FOTO)

img

09-05-2023 [10:04]


Bakıda qadın görüntüləri ilə şantaj edilib.

 Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, paytaxt sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə paylaşılacağı ilə hədələnərək ondan 250 manat pul tələb olunması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə (şantaj) şübhəli bilinən Bakı sakini 24 yaşlı İbrahim Nəcəfov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla İ.Nəcəfovun sosial şəbəkədə işlətdiyi səhifəsində həmin qadının şəkillərini bir dəfə paylaşaraq ondan 180 manat tələb edərək alması, bir müddət sonra isə yenidən hədə-qorxu ilə pul tələb etməsi müəyyən olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA