İki qırmızı kart, bir qol... - "Başakşehir" son dəqiqədə Türkiyə Kubokunun finalına vəsiqə qazandı

img

05-05-2023 [00:20]


"Başakşəhər" Türkiyə kubokunun finalına vəsiqəni təmin edib.

Mia.az xəbər verir ki, Ziraat Türkiyə Kubokunun yarımfinal mərhələsində “Başakşəhər” öz meydanında “Ankaragücü”nü 1:0 hesabı ilə məğlub edib. 

Gərgin keçən oyunun 43-cü dəqiqəsində Ahmed Touba qırmızı kartla meydan qovulub. 

Emre Belözoğlunun cəzalı olmasına görə, "Başakşehir"i meydana çıxaran köməkçisi Selçuk Şahin də 82-ci dəqiqədə qırmızı kartla cəzalandırılıb.

Beləliklə, 10 nəfər və məşqçisiz qalan "Başakşehir" 90+5-də  Figueiredonun qolu ilə finala adını yazdıra bilib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA