Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

img

04-05-2023 [13:25]


Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.

Bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, indiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.

Xatırladaq ki, aprelin 15-də Sudanda Çevik Cavab Qüvvələri (ÇCQ) ilə ordu arasında toqquşma başlayıb. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb(Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA