Nazirlər Kabineti “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları”ni təsdiqləyib

img

03-05-2023 [16:58]


Nazirlər Kabineti “Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydaları”ni təsdiqləyib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Reyestr Ədliyyə Nazirliyi tərəfindən formalaşdırılan, aparılan, idarə olunan məlumat bazasıdır. Təqdim edilən məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 iş günü müddətində çatışmazlıqların olub-olmaması baxımından yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə dərhal Reyestrə daxil edilir.

Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda, bu barədə dövlət orqanına müraciətin daxil olduğu gündən 3 iş günü müddətində yazılı bildiriş göndərilir.

Çatışmazlıqlar dövlət orqanı tərəfindən bildiriş alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA