“Barselona” İspaniya La Liqasından uzaqlaşdırılacaq? - Cinayət işi məhkəməyə göndərildi

img

03-05-2023 [12:18]


“Barselona”nın İspaniya La Liqasında oynamağına 5 il qadağa qoyula bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, “Barselona”nın ölkənin Hakimlər Komitəsinin vitse-prezidenti olan Xose Maria Enrikes Neqreira və onun oğluna məxsus şirkətlərə pul ödədiyi üzə çıxıb. 

Məlumata görə, bu iş üzrə aparılan istintaq işi yekunlaşdırılaraq məhkəməyə göndərilib.

İspaniya mətbuatı yazır ki, cinayət işi üzər ittiham aktını təhlil edən hüquqşünaslar "Barselona"nın çox ağır cəzalara məruz qalacağını proqnozlaşdırırlar.

İddiaya görə, Kataloniya təmsilçisi nəhənginin La Liqadan uzaqlaşdırılması da reallaşa bilər: "Bu ehtimalı dəyərləndirən “Barselona” indidən "yol xəritəsi" hazırlayır. Hətta klub rəhbərliyi digər ölkələrin liqasında belə çıxış variantını nəzərdən keçirir Ən güclü ehtmalalrdan biri də Asiya ölkələrinin liqaları önə sürülür. Çünki burada "Barselona"ya böyük məbləğlər təklifi var".

Xatırladaq ki, qeyd edilən cinayət işində İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti ilə "Barselona" arasında "separat anlaşma" ehtimalı araşdırlıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA