Nəsimi rayonunda “Heydər Əliyev ili” çərçivəsində keçirilən futbol turnirinin final mərhələsi başa çatıb - FOTOLAR
03-05-2023 [11:50]
“Heydər Əliyev İli” ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turniri başa çatıb.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbəri, YAP Nəsimi rayon təşkilatının rəhbəri, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi əlilləri, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 3-cü yer uğrunda qarşılaşma Xalq qazetinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın görüşü keçirilmiş. Görüş Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət komandanın qələbəsi ilə başa çatdı. 1-ci və 2-ci yer uğrunda qarşılaşma Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komandası ilə Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komandanın görüşü keçirilərək, Nəsimi rayon 44 günlük Vətən Müharibəsi iştirakçılarından ibarət komanda 2-ci yerə, Nəsimi rayon məktəblərinin əməkdaşlarından ibarət komanda isə 1-ci yerə sahib olub.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyətinin Başçısı Asif Əsgərov çıxış edərək qalib komandaları təbrik etdi. Bildirdi ki, Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdir. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Prezident İlham Əliyevin ölkəmizin kompleks inkişafına xidmət edən siyasi xəttinin konturları həm də idman infrastrukturunun möhkəmlənməsi, genişlənməsi, yenilənməsi və idmanımzın inkişafına xidmət edən digər tədbirlərlə müşayiət olunur. Dövlət başçısı Azərbaycanın hər yerində idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən idman infrastrukturunun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir.
Sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Natiq qalib komandaları təbrik etdi.
Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov turnirin əhəmiyyətini vurğulayaraq qalib komandaları təbrik etdi.
Qaliblərin mükafatlandırlması mərasimindən öncə bədii hissə təşkil olunub. Bir birindən maraqlı rəqslər və ifalar nümaiş olunub. Daha sonra qaliblərə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən diplom, medallar və mükafatlar təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.
Samir
Mia.az
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadan şəxslər tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb
Berlində cəzalar ağırlaşdırıldı - Yerə siqaret kötükləri atanları 3, zibil atanları isə 100 min avro cərimə gözləyir