Borrell İsrail XİN başçısı ilə bir arada: "Aİ sülh ehtimalını riskə atacaq addımlardan çəkinməyə çağırır"
03-05-2023 [00:06]
Bu gün Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Müdafiə Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə İsrailin Xarici İşlər naziri Eli Cohen arasında görüş olub.
Mia.az İstrail mediasına istinadla xəbər verir ki, mart ayında yaşanan gərginlikdən sonra tərəflər arasında ilk dəfə təkbətək görüş keçirilib.
Görüşdə mart ayındakı mövqeyindən fərqli ifadələr işlədən Borell İsrailin özünümüdafiə haqqının qanuni olduğunu deyib.
O bildirib ki, İsrailin Fələstinə qarşı cavabı çərçivə daxilində mütənasib olmasılıdır: "Bu cavab Fələstinlə "iki dövlətli həll"ə əsaslanan sülh danışıqlarını təhlükə altına salmamalıdır. Ona görə belə ağır silahlı cavablardan qaçmaq gərəkdir".
Görüşdən sonra Aİ-nin yazılı bəyanatnda da "iki dövlətli həll"ə sadiqliyi bir daha təsdiqlənib.
Açıqlamada Borrell israil XİN başçısının regional məsələləri, həmçinin Aİ ilə İsrail arasındakı münasibətləri müzakirə etdiyi qeyd olunub: "Borrel nazirin diqqətinə çatdırıb ki, Aİ ilə İsrail arasında əməkdaşlıq çox güclü inkişafa dayanır. Borrell bildirib ki, Aİ həm Rusiya, həm də İrandan gələn təhlükəyə qarşı bu əlaqələri daha da dərinləşdirməyə hazırdır".
Bəyanatda deyilir ki, Borrell görüşdə israillilərə qarşı son terror və raket hücumlarını pisləyib və Aİ-nin İsrailin özünümüdafiə hüququna sadiqliyini vurğulayıb. O, istənilən cavabın beynəlxalq hüquqa uyğun olmasını vacib sayıb.
Borrel həmçinin işğal olunmuş Fələstindəki vəziyyətdən narahatlığını ifadə edib: "Aİ İsraili onsuz da yüksək gərginliyi artıra biləcək və iki dövlətli həllə əsaslanan ədalətli və davamlı sülh perspektivini təhlükə altına qoya biləcək birtərəfli tədbirləri dayandırmağa çağırıb".
Bəyanatda Aİ-nin İsraillə Yaxın Şərq sülh prosesi ilə bağlı açıq və konstruktiv fikir mübadiləsini istədiyi vurğulanıb: "Aİ İsrailin bir sıra ərəb ölkələri ilə imzaladığı normallaşma müqavilələrini dəstəkləyir".
Xatırladaq ki, mart ayındakı görüşdə Borell İsraildən Fələstin ərazilərindəki tikintiləri dayandırmağı, hərbi qüvvələrini geri çəkməyi və fələstinlilərin hüquqlarına hörmətlə yanaşmağı tələb etmişdi. Bunun ardınca İsrail bəyanat verərək, Avropanı ölkənin daxili işlərinə qarışımaqda günahlandırmışdı.
Samir
MİA.AZ
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq