İsmayıllı rayonuna yağan dolu təsərrüfatın ayrı-ayrı sahələrinə xeyli ziyan vurub

img

02-05-2023 [17:16]


İsmayıllı rayonuna yağan dolu təsərrüfatın ayrı-ayrı sahələrinə xeyli ziyan vurub.

Mia.az xəbər verir ki, günorta radələrində İsmayıllı şəhərinə və qonşu kəndlərə leysan yağış və güclü küləklə müşayiət olunan dolu düşüb.

Təbiət hadisəsi nəticəsində əkin sahələrinə, meyvə bağlarına və evlərin dam örtüyünə ziyan dəyib.

Eləcə də rayona elektrik verilişi dayandırılıb.

Küləyin təsirindən bir neçə ağac aşıb, bəzi tikililərin dam örtüyü qopub, elektrik naqilləri və rabitə xətləri qırılıb.

Hazırda rayonda leysan yağışı davam edir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA