Komitə sədri TV-lərə çağırış etdi: “TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun olsa..." - "Bununla aparıcı və kanal sərvət toplayır"
02-05-2023 [12:50]
"İctimai Televiziyanın Yayım Şurasının üzvlüyünə namizədlərin hər biri öz sahələrində peşəkar çalışan insanlardır və biz onları müsbət qiymətləndirirk. Bildiyiniz kimi, Azərbaycanda ilk Televiziyanın yaranmasından 67 il keçir. Hazırda ölkəmizdə 4 dövlət, 7 özəl, 11 regional olmaqla, 22 televiziya kanalı fəaliyyət göstərir".
Mia.az xəbər verir ki, bu səzləri parlamentin bugünkü iclasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Onun sözlərinə görə, son 5 ildə, yəni 2019-cu ildən başlayaraq, dövlət media siyasətində köklü islahatlara başlayıb, struktur islahatlar həyata keçirib, sahəyə məsul bütün qurumlar, vəzifəli şəxslər yenilənib: "Media ilə bağlı yeni qanun qəbul edilib. Azərbaycan xalqı misilsiz Zəfər tarixini yazıb. 2020-ci il dekabrın 31-dən etibarən radio-televiziya yayımı Qarabağda - Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə və ətraf rayonlarda bərpa edilib. Şuşa Radio-Televiziya yayım stansiyası ən müasir avadanlıqla təchiz edilib. Bütün bunlar aparılan son 4 illik dəyişikliklərin uğurlu olduğunu deməyə əsas verir".
Deputat bildirib ki, 2013-cü ildən Qafqazda yeganə peyk operatoru olan"Azərkosmos","Azərspace-1 və 2” telekommunikasiya peykləri işə başlayıb: "Əlbəttə, televiziya-milli təhlükəsizlik məsələsidir. “Cəmiyyətin güzgüsü” adlanan TV-lər bütün dünyada ictimai rəyin, milli birliyin və kimliyin formalaşmasına təsir edən, güclü dövlət quruculuğunun aparıcı qüvvəsidir. Bu gün istənilən cəmiyyəti məqsədli yönəltmək və idarə etməyin siyasi texnologiyası- informasiya və ideoloji manipulyasiya prosesləri çox asanlaşıb. İnternet/süni intellekt əsrində manipulyasiya obyekti artıq təkcə insan və ya qrup deyil, bütün cəmiyyət olduğundan tv-lər milli təhlükəsizliyin fundamental amilinə çevrilib".
Komitə sədri deyib ki, araşdırmalara görə, TV-lərə baxanların sayı dünyada 5-6 il öncəki tamaşaçıların sayı ilə müqayisədə bir neçə dəfə azalıb: "Sosial şəbəkələr və youtube kanalları geniş yayılır. Səbəblər dərin və çoxşaxəlidir. Onlar dünya TV təcrübəsində ən uğurlu proqram formatlları, verilişlərin, yayım ənənəsi, milli xüsusiyyətləri, janrı, kontenti, hədəf auditoriya, aparıcı peşəkarlığı, təqdimat tərzi və s. aspektlərlə bağlıdır.
Kanallar üzrə qeyd edilərsə, son bir neçə ildə İctimai TV-nın proqramlarının məzmun, keyfiyyət və rəngarənglik meyarına önəm verir. Xüsusilə də digər kanallarda epidemiya kimi yayılan sosial tok-şoularla müqayisədə İctimai Tvdə dünyada qəbul edilən meyarlara cavab verən, gündəlik yayımlanan “Sabaha saxlamayaq”, “Diqqət mərkəzi-yekun” “Ötən günlər”, Pressinq və digər elm-təhsil-maarifçi proqramların çəkisi getdikcə artmağa başlayır, keyfiyyət meyarlarına diqqət verilir".
Zahid Oruc qeyd edib ki, Sosial Tədqiqatlar Mərkəzinin “Azərbaycanda media landşaftı” ilə bağlı 2020-ci ildə keçirilən sosioloji tədqiqatının nəticələrinə görə, Azərbaycan telekanallarında respondentlərin təxminən yarısı - 44.9%i hərbi-vətənpərvərlik məzmunlu verilişləri tez-tez görmək istədiyini bildirib: "40.4 faizi informasiya/xəbərlərini, 37.6 faiz təhsil, maarifləndirici, elmi məzmunlu verilişləri daha çox görməyi arzulayıb. Hər 3-cü respondent, daha dəqiqi, rəyi soruşulanların 29% telekanallarda milli-mənəvi, dini dəyərlərə aid verilişləri daha tez-tez görmək istəyir".
Komitə sədrinin sözlərinə görə, artıq 10 illərdə davam edən bayağı məzmunlu, heç bir sosial funksiya daşımayan şou-proqramların tvlərin əsas simasına çevrildiyini görürük: "Onlar tədricən öz qarşılarına qoyduğu məqsədlərə nail olur. Belə ki, üst-üstə 5-6 milyon ölkə əhalisnin yarıdan çoxu "İnstagram" izləyicisi olması onu göstərir ki, ekrandakı izləyicilərini “xalq” hesab edən 3-4 aparıcının arxasında bəzən zövqsüz kütlə dayanır. Bütövlükdə, artıq 3-cü onillikdir ki, Azərbaycan tamaşaçısının sosial portreti, onun maraq və istəkləri tamamilə təhrif edilməkdə, dünyagörüş və mədəniyyəti, dəyərləri ciddi deformasiyaya uğramaqdadır.
Bayağı şou proqramlarının ekranlarda getdikcə çoxalması qətiyyən təsadüfi deyil, əksinə düşünülmüş və sistemli xarakter daşıyır. Yalnız kommersiya və biznes maraqları, milli-mənəvi dəyərlərin inkarı, ictimai rəydə ziyalı, alim, intellektual obrazların, Vətən müharibəsinin parlaq simalarının deyil, şou əhlinin-müğənni, rəqqasə, tamada və s. cəmiyyətə əsas ideal, dəyər kimi təqdim edilməsi nəticəsində bir neçə aparıcı və TV kanalı reklam və sərvət toplayır. TV-lərimizin siması Zəfərimizin parlaq tablosuna uyğun deyil".
Millət vəkilinin sözlərinə görə, "Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” mövzusunda ictimai rəy sorğusunda “Azərbaycan ailə dəyərlərinə qarşı ziyanlı təsirlər və təhlükələr kimi ilk sırada - sosial şəbəkələr (64%), və xarici seriallar/kinolar (44.9%), media və TV -lərdə Qərb ailə dəyərlərinin düzgün təbliğ olunmaması (18.9%), yerli televiziyalarda olan verilişlərin məzmunu (22.2%), anti-ailə təbliğatının çoxalması (16.2%), yerli seriallardır (19.1%).
Deputat qeyd edir ki,Qərb dəyərlərinin təbliği ilə yanaşı, yerli TV verilişlər və serialların da məzmununun respondentlərin böyük qismi tərəfindən ailə dəyərlərinə ziyan kimi qiymətləndirilməsi olduqca ciddi və narahatedici siqnaldır: "Sorğuda 80.7% respondentin "Ailə dəyərləri orta məktəbdə tədris olunmalıdır" fikri ilə tam razı olması, bu mövzunun həm də yerli TV-lərdə təbliğinə də ehtiyac olmasına dəlalət edir".
F.Əhməd
Mia.az
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)
Müğənni: "Qadın gecə saat 3-də evə gəlməz" - "Kişinin qadını, namusu, qeyrəti evdə olar"
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...