Söyüş söyən aktyor "Qalatasaray"ın tərəfdarlarından üzr istədi: "Peşmanam"

img

02-05-2023 [09:04]


"Qalatasaray"la "Beşiktaş" arasındakı son derbi matçından sonra "Qalatasaray"a ünvanlı küçə söyüşləri söyən məşhur aktyor üzr istəyib.

Mia.az xatırladır ki, "Kurtlar Vadisi Pusu"un məşhur aktyoru Ertan Şaban "Qalatasaray"a qarşı söyüşlü sloqan atarkən görüntülənib. 

Bu fakt sosial şəbəkədə yayılandan qısa zamanda milyonlarla “Qalatasaray”lı "Beşiktaş" fanatı olan aktyora "yükləniblər": "Təcili üzr istə!".

Mia.az xəbər verir ki, çoxsaylı tələb, hətta təhqir dolu çağırışlardan sonra aktyor Ertan Şaban sosial şəbəkədəki səhifəsində üzr videosu yayıb.

O, bildirib ki, qələbə abı-havasında qəfildən ağzından çıxan sözlərə görə təəssüflənir: "Bir anlıq ağızdan çıxan sözlərimə görə "Qalatasaray"lıları xəyal qırıqlığına uğratdığıma çox təəssüflənir və səmimii şəkildə üzr istəyirəm. Peşmanam".

Onu da qeyd edək ki, derbidə "Qalatasaray" 3-1 hesabı ilə uduzub.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA