“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” yeni Protokol təsdiq edilib

img

01-05-2023 [16:41]


“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında” Sazişə dəyişikliklər edilməsinə dair Protokol təsdiq edilib.

Mia.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev qanunu imzalayıb.

Qeyd edək ki, sözügedən sənəd 2022-ci il noyabrın 10-da Səmərqənd şəhərində imzalanıb.

Prezidentin imzaladığı digər sənədlə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Protokol təsdiqlənib.


Digər xəbərlər
SON XƏBƏRLƏR