Sinan Oğan: "Məhərrəm İncənin səsləri bizə axır"

img

01-05-2023 [12:42]


Türkiyədə Ata İttifaqınn  prezidentliyə namizədi Sinan Oğan Habertürk TV-də müsahibə verib.

Mia.az xəbər verir ki, o, müsahibəsində gənclərin ona doğru yönəldiyini deyib: "Yeni bir təbliğat üslunadan yaralanırılq. Ona görə də səslərimiz artır. Əvvəl "Sinan Oğanın ən böyük qüsuru tanınmır" olması dedim, ancaq seçkinin sonuna doğru vəziyyət kökündən dəyişəcək. Rəqiblərimiz danışdıqca batır, batacaq. Çünki insanlar artıq onlardan beziblər. Onlar, əsasən də gənclk yeni sima ilə dəyişiklik istəyir. Bunu hamı görür. İnsanlar həqiqətən dəyişiklik istəyir".

Prezidentliyə namizəd hazırda səs faizlərinin 8-9 faiz civarında olduğunu deyib: "Artıq əminliklə deyə bilərəm ki, Məhərrəm İncənin səsləri də sürətlə bizə axır. Seçkinin sonuna doğru bu rəqəm daha çox artacaq.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR