"Qalatasaray"ın baş məşqçisi: "Başımız dikdir, kimsə narahat olmasın"

img

01-05-2023 [00:02]


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Beşiktaş"a məğlubiyyətdən sonra iiddialı açıqlamalar verib. 

Mia.az TRTSpor-a istinadla xəbər verir ki, o, "Beşiktaş"a 3:1 hesabı ilə uduzduqları matçdan sonra çempionluq yarışında yenə ən şanslı namizəd olduqlarını deyib.

Buruk bildirib ki, bu ilk dəfə "Beşiktaş"la derbidə uduzublar: "İlk dəfə derbidə uduzduq. Beşiktaş 4 dəfə qapımıza gəldi, bunun 3-ü qol oldu. Heç biri planlı, oyun kombinasıyası olmadan gerçəkləşən qllar oldu. Məncə, son vuruşda dqiq olsaydıq, əslində bu oyun 2-2 bitə bilərdi.

Qaldı çempionluğa, "Fənərbaxça"ya 3-0 qalib gəldik, yəni, iki komanda arasında üstünlük bizdədir. Bu gün psixoloji təzyiq altında biz deyilik. Mən çox rahatam. Başımız dikdir. Bu gün liqadan liderik. Azarkeşlərimiz narahat olmasın, "Qalatasaray" bu ilin çempionudur".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA