Daha bir ittifaq Kılıçdaroğluna dəstək verəcək - 7 partiya birgə bəyanat yaydı

img

28-04-2023 [18:30]


HDP, Yaşıl Sol Partiyası, Türkiyə İşçi Partiyası (TİP), Əmək Partiyası, Sosial Azadlıq Partiyası (TOP), İşçi Hərəkatı Partiyası (EHP) və Sosialist Məclislər Federasiyasının daxil olduğu Əmək və Azadlıq İttifaqı 14 may prezident seçkiləri ilə bağlı xüsusi bəyanat yayıb.

Mia.az  Türkiyə mətbuatına istinadla xəbər verir ki, ittifaqa daxil olan partiya və təşkilatlar mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin əhəmiyyətinə toxunublar.

Onlar Ərdoğan iqtidarının 20 illik fəaliyyətini tənqid edərək, tərəfdarlarını və xalqı prezident seçkilərində Millət İttifaqının namizədi Kamal Kılıçdaroğluna səs verməyə çağırıblar: "Biz Türkiyə siyasətinin bu qırılma mərhələsində həm ənənəmizə, həm də gələcək nəsillərə borcumuz çərçivəsində tarixi borcumuzu yerinə yetirməyə razılaşdıq. Bu çərçivədə 14 may 2023-cü ildə keçiriləcək prezident seçkilərində Kamal Kılıçdaroğlunu dəstəkləmək qərarımızı ictimaiyyətlə bölüşürük. Bu tarixi seçkidə Türkiyə xalqlarını parlament seçkilərində Əmək və Azadlıq İttifaqına, Prezident seçkilərində isə Kamal Kılıçdaroğluna səs verməyə çağırırıq".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR