Dövlət Xidmətinin yeni sədri MTN-nin keçmiş polkovnikini özünə köməkçi götürdü

img

26-04-2023 [14:07]


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.

Mia.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. 

Məlumata görə, o, bundan əvvəl ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyində (MTN)  Kadrlar Baş İdarəsində şöbə rəisi işləyib.

Xatırladaq ki, 10 gün əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Mürsəl İbrahimov yeni rəİs təyin edilib.

O, bu vəzifədə general Arzu Rəhimovu əvəzləyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA