Argentinalı qolçu "Real Madrid"i təkbaşına nokauta saldı

img

26-04-2023 [00:13]


İspaniya La Liqasında "Real Madrid" səfərdə "Girona" komandası ilə qarşılaşb.

Mia.az xəbər verir ki, oyunda gözlənilməz nəticə alınıb.

Belə ki, ilk hissədə 2-1 uduzan "Real" ikinci hissədə qapısında daha 2 qol görüb və bunlardan yalnız birinin əvəzini çıxıb.

Beləliklə, "Real" səfərdə zəif rəqibinə 4-2 hesabı ilə məğlub olub.

Oyunda diqqətçəkən digər məqam budur ki, ev sahibinin 4 qoluna da eyni oyunçu - argentinalı Valentin Kastelyanos imza atıb. O,  12, 24, 46 və 62-ci dəqiqələrdə "Real"ı mərkəzə dəvət edib. Madrid komandaısnın qollarını isə 34-də Vinisius Junior, 85-də isə Lukas vurublar.

Bu oyundan sonra "Real" 65 xalla 2-ci pillədə, "Girona" isə 41 xalla 9-cu pillədə qalıb.

"Real Madrid" növbəti həftədə "Almeriya" ilə evində, "Girona" isə səfərdə "Sevilya" ilə "döyüşəcək".

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA