Akar və Hakan Fidan yenidən Moskvada - 4 ölkənin kəşfiyyat və müdafiə nazirləri Əsədlə Ərdoğanı bir araya gətirmək üçün müzakirə aparıblar (Yenilənib)
25-04-2023 [16:07]
Bu gün Moskvada Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya, İran və suriyalı mövqedaşları ilə görüşüb.
Mia.az NTV-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi ilkin açıqlama yayıb.
Bildirilib ki, Hulusi Akar və MİT rəhbəri Hakan Fidan, Rusiyanın paytaxtı Moskvada Rusiyanın müdafiə naziri Sergey Şoyqu, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani və Suriyanın müdafiə naziri Əli Mahmud Abbas, Rusiya, İran və Suriyanın kəşfiyyat rəhbərləri görüşdə Suriya ərazisində hər cür terror təşkilatı və ekstremist qruplaşmalarla mübarizə və suriyalı qaçqınların öz torpaqlarına qaytarılması istiqamətində səylərin gücləndirilməsi məsələləri ətrafında müzakirə aparıblar.
Bununla bərabər, tərəflər Türkiyə-Suriya münasibətlərinin nopormallaşması ətrafında müzakirə aparıblar.
Rusiya mətbuatı yazır ki, görüşdə may ayının sonunda Ərdoğanla Əsədin görüşü də müzakirə edilib.
***
Bu gün Moskvada Türkiyənin müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya, İran və suriyalı mövqedaşları ilə görüşəcəklər.
Mia.az Haberturk TV-yə istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Hulusi Akar açıqlama verib.
O, ötən illin dekbarın 28-də Moskvada Türkiyə və Suriya arasındakı böhranın həlli ilə bağlı aparılan "üç"lü (Türkiyə, Rusiya və Suriya) müzakirədə qarşılıqlı fikir mübadiləsinin aparıldığını xatırladıb: "Həmin görüşdə müzakirələrin davam etdirilməsi üçün razılıq əldə olunub. Və İranın bu görüşlərdə iştirakı ilə bağlı fikir təsdiqlənib. Demək istəyirəm ki, aprelin 25-də İran da daxil olmaqla, 4 ölkənin müdafiə nazirləri və kəşfiyyat rəislərinin iştirak edəcəyi görüş olacaq. Məqsədimiz Suriyadakı problemləri dialoq, danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir. Ümid edirəm ki, bu görüşdə müsbət irəliləyişlər olacaq. Biz Türkiyə olaraq bölgədə sülhə töhfə vermək üçün əlimizdən gələni edirik”.
Türkiyə mətbuatı yazır ki, Moskvadakı bu görüşdə tərəflərin şərtləri müzakirə olunacaq: "Böyük ehtimalla bu görüşdə bir çox məsələlər, o cümlədən Ərdoğanla Əsədin Moskvada görüşünün tarixi də dəqiqləşəcək".
Samir Musayev
Mia.az
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq