Həbsxanadakı fəalların işindən apellyasiya şikayəti verilib

img

13-05-2014 [16:04]


Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə NİDA-çılara oxunan hökmə etiraz etdiklərinə görə saxlanılan və inzibati həbs cəzası alan fəalların həbsindən 8 gün ötür. Keçən bu müddət ərzində həbs edilən fəallarla görüş vaxtının 15 günə qədər uzadılması və onların saxlanma şəraitlərindən şikayətləndikləri barədə məlumat vermişdik.

Qeyd edək ki, keçirilən aksiya zamanı 26 nəfər saxlanılmışdı və onlardan 5 nəfəri barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs cəzası verilmişdi. Belə ki, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, bitərəf gənc Şəfi Şəfiyev və Hacı Zeynalov (Dalğa) 15 sutka, digər bitərəf gənc Orxan Eyyubzadə 20 sutka və AXCP üzvü Kəmalə Bənənyarlı 30 sutka müddətinə inzibati həbs cəzası alıblar.

Bu gün Tural Abbaslının və Kəmalə Bənənyarlı ilə bağlı apellyasiya şikayəti verilib.

Bu barədə musavat.com-a vəkil Əsəbəli Mustafayev məlumat verib: "Bu gün apellyasiya şikayətlərini hazırlayıb, məhkəməyə təqdim etdik. Yaxın zamanlarda şikayətimizə baxılacaq. Dünən müdafiə etdiyim şəxslərlə görüşmüşəm. Saxlanma şəraitlərində etirazları yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA