13-05-2014 [11:30]
"Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun döyülməsi faktından 18 gün keçir. Aprelin 25-də onu yaşadığı binanın qarşısında döyən Feyruz Termişi adlı şəxs həbs edilsə də, ona bu təlimatı verən Kik-Boksinq Federasiyasında çalışan Tural Bayramov hələ də tutulmayıb. Ən azı, onun tutulmasına dair rəsmi məlumat hələ də yayınlanmayıb. T.Bayramov isə nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının "silləvuranı” kimi tanınır.
***
T.Bayramovun nazirin deputat qardaşı Elton Məmmədovun oğlanları - Aynar və Elnurla çəkdirdiyi şəkillərin ortaya çıxması bu cür şübhə və iddiaları böyütdü. Ehtimal olunur ki, Aynar Məmmədov onun avtoxuliqan hərəkətlərini ictimailəşdirən "Yeni Müsavat” qəzetindən qisas almaq istəyib. Üstəlik, qəzetdə Məmmədovlar barəsində mütəmadi tənqidi məqalələr dərc olunub. Ona görə də tamamilə mümkündür ki, özünün facebook profilində deputatın oğlu haqda yazan əməkdaşımız Fərahim İlqaroğlu bilinci olaraq hədəf seçilib.
Hər halda, bu işin sifarişçisi olan Tural Bayramovun Aynar Məmmədovla dostluğu danılmaz faktdır, idmançının həbs edilməməsi isə ikiqat inkarolunmaz rəy yaradır ki, Məmmədovlar tərəfindən istintaqa ciddi şəkildə təzyiq var.
Çünki T.Bayramov həbs ediləcəyi halda istintaqa bir cümləsi kifayət edir ki, jurnalistin döyülməsinin əsl sifarişçisi bilinsin. Fikrimizcə, bu da Məmmədovlara solaxay zərbədən betərdir. F.İlqaroğlu özü də düşünür ki, onun döyülməsi haqda qərar T.Bayramovun özfəaliyyəti deyil. Bu günədək jurnalistlə idmançı arasında nə bir tanışlıq olub, nə də konflikt.
Termişi radikal dini cərəyanın üzvüdür?
Polis orqanları isə T.Bayramovun mayın 12-də saxlanılacağını vəd etmişdilər. Hətta qeyri-rəsmi mənbələrdən əlavə etmişdilər ki, Ziya və Elton Məmmədovlar istintaqa müxtəlif üsullarla təzyiq göstərirlər. Ki, Bayramov əsl sifarişçinin adını çəkməsin.
Görünür, onların təzyiqi nəticəsini verməkdədir. Bu arada jurnalisti döyən F.Termişinin radikal dini cərəyanlara bağlılığı haqda xəbərlər də gəlir. "Yeni Müsavat”a məlum olub ki, polisdə onun telefonuna baxış keçirilən zaman Suriyada vəhhabilər tərəfindən çəkilmiş başkəsmə videoları, tükürpədici səhnələri əks etdirən kadrlar üzə çıxıb. Eyni zamanda vəhhabi olduğu ehtimal edilən Nazim H. Adlı birisi ilə yazışmaları F.Termişinin radikal dini cərəyanlarla əlaqəsi olduğuna şübhə yaradır. Hətta Termişinin həbsindən sonra facebook-da bəzi dini qruplardan ona dəstək ifadə olunur, "qardaşımız üçün dua edək”, deyə xitab olunur.
Aynar Məmmədovun paylaşdığı yazılar
Ancaq indi bütün nəzərlər F.Termişiyə yox, Aynar Məmmədova dikilib. Deputat oğlunun susqunluğu ya bu işin sifarişçisi olmasını təsdiqləyən əlamətidir, ya da soyuqqanlı davranmağa çalışır. Bununla belə, facebook üzərindən deputat oğluna məktub yazıb, bu işdə adının hallanmasına dair iddialara cavab verməsini xahiş etdik.
Qəzet çapa gedənə qədər Aynar Məmmədovdan bir reaksiya olmadı. Bir nüansı qeyd etmək zəruridir ki, onun facebook səhifəsində ən sonuncu paylaşdığı yazılar barəsində musavat.com-a müsbət fikir söyləyən deputatların, siyasətçilərin açıqlamalarıdır.
Fərahim İlqaroğlu isə döyülməsinin arxasında Aynar Məmmədovun dayanması ilə bağlı şübhələrinin günbəgün artdığını deyir. Jurnalistin sözlərinə görə, deputat oğlu bu işin arxasında dayanmasaydı, Tural Bayramov çoxdan istintaqa təhvil verilmişdi:
"Hadisədən 18 gün ötür. İlk gündən bəyan etmişəm ki, Aynar Məmmədovu ittiham etmirəm. Sadəcə, şübhələnirəm və prosesin bu qədər uzanması artıq şübhələrimi artırır. Hələ də Tural Bayramovu tutmayıblar. Bu adam peşəkar idmançıdır, məşhurdur, gedib-gəldiyi yerlər bilinir. Yer yarılıb, yerə girməyib ki? Onun yerini təsbit etmək çətin deyil. Bu adam və döyülməyimi çəkib ona aparan şəxs həbs olunana qədər həyatım təhlükədədir”.
F.İlqaroğlu əlavə etdi ki, onun təhlükəsizliyinin təmin olunması üçün mühafizə xidməti təşkil olunmayıb: "Xatırlayırsınızsa, ”Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlil bıçaqlandıqdan sonra Daxili İşlər Nazirliyi jurnalisti mühafizə və avtomobillə təmin etmişdi. Mənə qarşı da sui-qəsd olub, sifarişçi azadlıqdadır və hər an təxribat ola bilər".
Rauf Arifoğlu: "İş açılmasa, məlum olacaq ki...”
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə "Yeni Müsavat”a açıqlamasında işin Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü polis bölməsindən alınıb, nazirliyə verildiyini təsdiqləyib.
"Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu isə bildirdi ki, F.İlqaroğluna qarşı sui-qəsd cinayətinin araşdırılması onu qane etmir: "Fərahimin həyatından da narahatıq. O cümlədən bu prosesə yüksək səviyyədə müdaxilə olunma ehtimalları var. Çünki artıq belə bir əhval-ruhiyyə formalaşır ki, bu hadisənin arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov dayanır. Çünki indiyə qədər bu şübhələr və iddialara onlar tərəfindən heç bir təkzib verilməyib”.
Baş redaktorun sözlərinə görə, istintaq və Daxili İşlər Nazirliyindən əsaslı cavab almaq da olmur: "Mən nazirliyin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovla iki dəfə danışmışam. Sonuncu dəfə bildirib ki, işin istintaqı nazirliyə verilib və araşdırma gedir. Ümid edirik ki, açıq-aydın olan videogörüntülər cinayətin açılmasına köməklik edəcək. Əks halda, doğrudan da məlum olacaq ki, işin arxasında Ziya Məmmədovun ətrafı və qardaşının övladı Aynar Məmmədov dayanıb. Fərahimin döyən Feyruz Termişi istintaqa etiraf edib ki, sifarişi Tural Bayramovdan alıb. Bayramov Aynar Məmmədovun yeni yaratdığı Kik-Boksinq Federasiyasının əsas fiqurudur. Bəzi iddialara görə, o sifarişlə zorakı hərəkətlərə yol verən qrupa rəhbərlik edir. Şübhələnirik ki, jurnalistin döyülməsi sifarişini də qrup rəhbərinə oliqarx övladı verə bilər”.
R.Arifoğlu qeyd etdi ki, daxili işlər naziri Ramil Usubova görüş üçün müraciət edib: "Narahatıq, sui-qəsdin necə araşdırılması barədə heç bir məlumatımız yoxdur. Fərahim İlqaroğluna da mühafizə ayrılmasını istərdik. Cənab nazirlə görüşüb, bu məsələni müzakirə etmək istədiyimi bildirmişəm. Ümid edirəm ki, nazir mənə vaxt ayırıb, bu mühüm məsələni müzakirə etməyə imkan yaradacaq”.
"Yeni Müsavat”
Ruhi Əliyevanın 10 manatlıq holdinqinin 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb