Bakıda güclü yanğın- Hərəkət iflic oldu+ Fotolar

img

12-05-2014 [22:27]


Bakıda axşam saatlarında güclü yanğın qeydə alınıb.


Hadisə paytaxtın Babək prospekti ərazisində baş verib. Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, prospektin NZS adlanan hissəsində Daxili Qoşunlara məxsus N saylı hərbi hissədə güclü yanğın olub. Yanğın nəticəsində havaya qalxan qatı tüstü görməni məhdudlaşdırıb. Nəticədə yolda avtomobillərin hərəkətində problem yaranıb.

Məlumata görə, yanğın sözügedən ərazidə toplanmış zibillikdə başlayıb. Yanğının miqyası o qədər böyüyüb ki, hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA