Azərbaycanda tükürpədici olay, 3 yaşlı uşaq qaynar südlə dolu qazana düşdü

img

12-05-2014 [22:10]


Bu gün gündüz saatlarında Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.

Regional TV xəbər verir ki, 2011-ci il təvəllüdlü kənd sakini Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb. Nəticədə 3 yaşlı Arzum ağır yanıq xəsarətləri alıb.

O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya hər iki aşağı ətrafın, qarının ön divarının və bədənin arxa səthinin sarğı nayihələrinin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Fakt araşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA