Yol polisini qana boyadılar - Masallıda!

img

12-05-2014 [20:14]


Masallıda yol polisi əməkdaşı bıçaqlanıb. 

ANS PRESS-in məlumatına görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı, dərhal xəstəxanaya yerləşdirilib. Hazırda həkimlər onun vəziyyətinin orta ağır olduğu bildirirlər.

Qeyd edək ki, hadisə bügün saat 12.30 radələrində Masallı şəhər ərazisində baş verib. 

Rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə olarkən bıçalanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində üç saatdan artıq əməliyyat aparılıb. 

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Valideynləri onun heç kimlə şəxsi-qərəzliyi olmadığını və hadisənin də peşə fəaliyyəti dövründə baş verdiyini deyir.

İşi araşdıran Masallı rayon prokurorluğu fakta görə hələlik heç kimin saxlanılmadığını bildiriblər. 

İlkin ifadələrdən sonra araşdırmalara başlanılacaq.








Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA