Meyxanaçı Binəqədidə küçədə yaşayır - VİDEO

img

14-04-2023 [11:26]


Meyxanaçı Elşən Binəqədi küçədə yaşayır.

Mia.az xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: “Burada qalıram, evim-eşiyim buradır”.

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.

Bu da onun son durumunu əks etdirən görüntülər:


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA