Laçında daha bir mina partlayışı: yaralı var

img

13-04-2023 [20:16]


Laçında daha bir nəfər mina partlayışı nəticəsində yaralanıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib, nəticədə bir nəfər mülki şəxs xəsarət alıb:

“ANAMA-nın apardığı araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirməsi mina terrorunun bariz nümunəsidir...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA