Dövlət Xidməti “Mover” və “CargoLine” barədə Baş Prokurorluğa müraciət edib

img

12-04-2023 [16:31]


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti xarici ölkələrdən daşınma xidmət göstərən “Mover” və “CargoLine” MMC-lərin yol verdiyi qanunsuzluqlar barədə çoxsaylı istehlakçı müraciətlərinə baxıb.

Mia.az xəbər verir ki, müraciətlər əsasən bağlamaların istehlakçılara çatdırılma müddəti, vaxtı və statusu barədə məlumatların düzgün təqdim edilməməsi, bağlamaların itirilməsi, eləcə də istehlakçıların ödədiyi vəsaitin geri qaytarılmaması ilə bağlı olub.

Müraciətlərin araşdırılması zamanı istehlakçıların aldadılmasına dair ilkin dəlillər aşkar olunduğundan qeyd olunan şirkətlərin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA