Şirvanda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib - FOTOLAR
11-04-2023 [19:43]
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 11 aprel 2023-ci il tarixdə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda konfrans keçirilib.
Mia.az xəbər verir ki, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, II Qarabağ müharibəsinin əlilləri öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın milli intibahındakı rolundan bəhs edən film nümayiş olunub.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan Ulu öndərin adının xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edildiyini bildirib. Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz tarixi xidmətlərinin minnətdarlıq hissi ilə xatırlandığını diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 1969-1982 və 1993-2003-cü illəri əhatə edən hər iki dövrünün milli intibah dövrü kimi səciyyələndiyini vurğulayıb. Dahi liderin rəhbərliyi ilə ölkəmizdə sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində əldə edilən böyük uğurlardan bəhs edib. Onun həm də müstəqil respublikamızın Dördüncü Sənaye İnqilabı modelinin banisi kimi ehtiramla xatırlandığını qeyd edib. Xarici ölkələrdə soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasında, Azərbaycan diasporunun formalaşmasındakı fəaliyyətindən söz açıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu, qəti və prinsipial mövqeyini davam etdirməklə xalqın böyük etimadını qazandığını, qısa müddət ərzində əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan tədbirlər həyata keçirdiyini, iqtisadi inkişaf sürətinə görə Azərbaycanın regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə, beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevirildiyini diqqətə çatdırıb. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birləşən rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızı işğaldan azad etməsi ilə Azərbaycanın milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşadığını vurğulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Heydər Əliyev idealarının möhkəm təməli üzərində qurulub inkişaf etmiş Yeni Azərbaycan Partiyasının xalqın yekdil iradəsinin ifadəsi olaraq tarixi zərurətdən yarandığını bildirib. Partiyanın bütün dünya azərbaycanlılarının lideri, Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşərək təşəkkül tapdığını və ölkənin ictimai-siyasi həyatında indiki mövqeyini tutduğunu qeyd edib.
II Qarabağ müharibəsi əlili Aslan Cəfərov Ulu öndər Heydər Əliyevin ölkəmizdə ordu quruculuğu, milli hərbi kadrların hazırlanması, Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsi sahəsində xidmətlərindən danışıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı qələbənin təməlində Heydər Əliyevin imzası olduğunu vurğulayıb.
Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhər nümayəndəsi Əziz Abbasov Ümummili lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə respublikamızın mədəni həyatına böyük töhfələr verdiyini, tarixi şəxsiyyətlərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldığını, ev muzeylərinin yaradıldığını, çox sayda memarlıq abidəsinin bərpa edildiyini, sənət adamlarına diqqət və qayğı göstərdiyini xatırladıb.
Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov Ulu öndərin təhsilimizin inkişafındakı xidmətlərindən bəhs edib. Peşə təhsilinə göstərilən diqqət nəticəsində ölkəmizdə ixtisaslı kadrlar ordusunun yetişdiyini, Heydər Əliyev irsinin daim qəlblərdə yaşayacağını qeyd edib. Sonda S.Hüseynov adına Şirvan şəhər 1 nömrəli tam orta məktəb-lisey şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompazisiya təqdim olunub.
Ləman
Mia.az
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı