"Space" TV-də daha bir veriliş dayandı - Tanınmış aparıcı kanalı tərk edir

img

06-04-2023 [14:22]


"Birinci gün "Space" TV-dən ayrılmağı düşünürəm".

Mia.az xəbər verir ki, bu sözləri telekanalın ”Acıq söhbət” verilişinin aparıcısı Zamirə Dadaşova bildirib.

O qeyd edib ki, ilk iş yeri AztV-də 10 il, ikinci iş yeri "Space"də 17 il işləyib: "Hec iş yeri dəyişdirməyi sevməmişəm. Maaş verə bilmədikləri zamanda belə başqa yerlərdən təkliflər gəlsə də, gedə bilməmişəm. Düzələr deyib davam etmişəm. Cox qəribə hisslər kecirirəm. Bilmirəm sevinim, yoxsa üzülüm".

Aparıcının sözlərinə görə, yeganə üzüldüyü məqam müəllifi olduğu ”Acıq söhbət” verilişinin bağlanmasıdır: "Hər halda tamaşacılar, ziyalılar tərəfindən sevilən veriliş idi. Və əlbəttə, əxlaqı, mənəviyyatı, dəyərləri, dilimizi korlayan, məhv edən verilişlərin coxalmasıdır, həm də məni üzən. Təəssüf, pul önə keçəndə, mənəviyyat da, mədəniyyət də, dəyərlər də, kişilik də axırdan birinci yerdə durur. Hamıya uğurlar".

Samir

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR