Şirvan İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaların gördüyü işlər müzakirə edilib
04-04-2023 [19:07]
Bu gün Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə İctimai-siyasi və humanitar məsələlər şöbəsinə tabe olan komissiyaların gördüyü işlər müzakirə edilib.
Mia.az xəbər verir ki, ilk olaraq Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, “Heydər Əliyev İli” çərçivəsində şəhər ərazisində keçirilən silsilə tədbirlərdən, aparılan abadlıq-quruculuq, işlərindən, ağacəkmə aksiyalarından danışıb. Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində görüləcək işlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Bu sahədə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə idarə və müəssisələrin kollektivlərinin, şəhər sakinlərinin, ictimaiyyət nümayəndələrinin fəallığını xüsusi vurğulayıb. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva şöbənin fəaliyyət dairəsinə daxil olan komissiyaların cari ildə gördüyü işlər barədə məlumat verib. Şirvan Şəhər İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın yetkinlik yaşına çatmayan uşaqların sosial-iqtisadi hüquqlarının müdafiəsi, təhsil, səhiyyə problemlərinin həlli, onların dərsdənkənar fəaliyyətinin təşkili, baxımsız uşaqların himayəyə və qəyyumluğa götürülməsi, övladlığa verilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirdiyini qeyd edib.
2022-ci il və cari ilin birinci rübündə Komissiyanın 14 iclasının keçirildiyini, iclaslarda 19 məsələnin müzakirə edildiyini, qanunamüvafiq qərarlar verildiyini, müxtəlif dövlət orqanları və vətəndaşlar tərəfindən daxil olan 43 müraciətə baxıldığnı diqqətə çatdırıb. Aparılmış profilaktiki işin nəticəsində, uşaq əməyinin ən pis formalarının tətbiqi hallarına, narkoman və alkoqol istifadəçisi olan yetkinlik yaşına çatmayanlara rast gəlinmədiyini vurğulayıb. Sonra Şirvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayəçilik Komissiyası” haqqında məlumat verərək, komissiyanın 2022-ci il və cari ilin birinci rübündə 34 iclas keçirdiyini, keçirilən iclaslarda müxtəlif xarakterli 153 məsələnin müzakirə olunaraq qanunamüvafiq qərar verildiyini bildirib.
Uşaqla ünsiyyət hüququnun verilməsi, fiziki şəxsin üzərində patronaj təyin edilməsi, qəyyumluqda və himayədə olanların əmlakı barədə rəy (icazə) verilməsi, on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi, uşağın adının və soyadının dəyişdirilməsinə icazə verilməsi, nikah yaşının azaldılması, valideyn himayəsindən məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi, atalığın müəyyən edilməsi və digər məsələlər barədə məlumat verib. Sonra Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun səhiyyə, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə keçirdiyi maarifləndirici tədbir və seminarlarda iştirakçıların məişət zorakılığının qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, selektiv abortlara qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar məlumatlandırıldığını bildirib. Cari ildə monitorinq qrupuna məişət zorakılığı halları ilə bağlı 7 müraciətin daxil olduğunu, hər bir müraciətin ətraflı araşdırıldığını, 6 müraciət üzrə məişət zorakılığı faktının olmadığının aşkarlandığını, 1 müraciət üzrə gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və mütəmadi olaraq profilaktiki tədbirlərin həyata keçirilməsi məqsədi ilə ailənin Şirvan Şəhər Polis Şöbəsində münaqişəli ailə kimi qeydiyyata götürüldüyünü diqqətə çatıdırıb.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında “Dini İşlər üzrə Komissiya”nın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini bildirib. Komissiyanın cari ildə də şəhərdə dini durumda gedən proseslərə nəzarəti gücləndirməsi, dini icmalarla işin təşkili, qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, milli-mənəvi dəyərlərin, tarixi dini adətlərin, tolerantlıq mühitinin qorunub saxlanılması və multikulturalizm həyat tərzinin təbliği istiqamətində aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görməsi barədə məlumat verib.
Şirvan şəhərində mövcud olan ibadət yerlərinə, ziyarətgahlara və dini təhsil yerlərinə vaxtaşırı monitorinqlər keçirdiyini, vəziyyətin qanunauyğunluğunu öyrənərək məsul şəxslərlə müvafiq söhbətlər apardığını vurğulayıb. “Maddi yardım edilməsinə tələbatın müəyyənləşdirilməsi məqsədilə komissiya”nın cari ildə də şəhid ailələrini, Qarabağ müharibəsi əlillərini, Qarabağ müharibəsi veteranlarını və digər imtiyazlı və aztəminatlı ailələri mütəmadi diqqət və qayğı ilə əhatə etdiyini, onların müraciətlərinə xüsusi həssaslıqla yanaşdığını bildirib.
Müxtəlif vaxtlarda Şəhər İcra Hakimiyyəti tərəfindən göstərilmiş maddi yardımlar barədə konkret məlumatları diqqətə çatdırıb. Sonra komissiyaların fəaliyyəti barədə geniş müzakirələr aparılıb, komissiyaların tərkibinə daxil olan idarə və müəssisə rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tövsiyə və tapşırıqlar verib.
Ləman
Mia.az
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi