İrandan Azərbaycana gətirilən yararsız kartof məhv edilib

img

04-04-2023 [16:18]


İrandan Azərbaycana gətirilən yararsız kartof məhv edilib.

Mia.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, Agentlik əməkdaşları fiziki şəxs Tağıyev Əhməd Şəmistan oğlunun İrandan idxal etdiyi ərzaqlıq kartof məhsulundan nümunələr götürürək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində idxal edilmiş 23 700 kq ərzaqlıq kartof məhsulunda karantin tətbiq edilən fitopatogen bakteriyalar - kartofun qonur çürüməsi (ralstonia solanacearum) aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sınaq nəticəsi uyğunsuz çıxmış ərzaqlıq kartof məhsulunun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. İstehlaka yararsız məhsul tullantılar üçün nəzərdə tutulmuş xüsusi poliqonda məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA