Sabah hava necə olacaq? - Proqnoz

img

04-04-2023 [12:22]


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 6-9° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA