Vüqar Rəhimzadə: "Azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları bəşər tarixinin ən qanlı cinayətlərindəndir"
30-03-2023 [18:25]
"Erməni daşnak-millətçiləri zaman-zaman havadarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı, deportasiya siyasəti həyata keçiriblər. Tarixi saxtalaşdırıb özlərinə qondarma tarix yazmaqla dünyanı öz yalanlarına inandırmağa az da olsa müvəffəq olsalar da 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Tarix faktlara əsaslanır və təbii ki, yalan üzərində qurulan təbliğatın ömrü uzun ola bilməz. Tarixə qısa nəzər salaq. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Belə ki, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik, dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışlar. Yaşayış məntəqələri dağıdılmış, azərbaycanlılara məxsus mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər".
Bu sözləri Mia.az-a YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, tariximizdə ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti ulu öndər Heydər Əliyev verdi. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
YAP Xətai rayon təşkilatının sədri diqqəti ermənilərin 1988-ci ildə növbəti əsassız torpaq iddiaları nəticəsində xalqımızın başına gətirilən faciələrə yönəldib. Bildirib ki, Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və sair kimi faciələrimiz erməni vəhşiliklərinin heç bir sərhəd tanımadığını bir daha bütün dünyaya göstərdi. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamı Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımları kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunur. Günahsız insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürüldülər, işgəncələrə məruz qaldılar.
Vüqar Rəhimzadə qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsində diqqət çəkən məqamlardan biri ermənilərin dinc vətəndaşlarımıza qarşı törətdikləri amansız vəhşiliklər idi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri öz yırtıcı, insanlıq əleyhinə cinayətlərini həm cəbhə bölgəsinə yaxın, həm də cəbhə bölgəsindən uzaqda yerləşən rayon və şəhərləri, yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdirdilər. Gəncədə, Bərdədə, Tərtərdə və digər döyüş bölgəsindən uzaqda yerləşən ərazilərimizdə törədilən terror aktları Xocalı soyqırımının davamı idi. Bu cinayətlər işğalçı Ermənistanın humanitar atəşkəsə riayət etmədiyinin, hərbi təcavüz və Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək niyyətinin bariz təzahürləri idi. Ermənistan insanlıq əleyhinə cinayətləri ilə Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Həmin terror aktlarının baş verdiyi zamanlarda əhalinin öz yaşayış məntəqələrini tərk etməməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın işğaldan azad edildiyi günü böyük əminliklə gözləməsi, Orduya dəstəyi xalqımızın yenilməzliyinin, məğrurluğunun, mübarizliyinin təqdimatı oldu.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, bunlar ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yalnız az bir hissəsidir. Bu gün xalqımız üçün ən böyük təsəlli ərazi bütövlüyümüzün təmin olunması, tarixi ədalətin bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının illərdir necə vəhşi millətlə üz-üzə qaldığını nümayiş etdirdi. Onların postmünaqişə dövründə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq Kəlbəcəri, Ağdamı və Laçını boşaldan zaman törətdikləri vandalizm, ekoloji terror aktları da təəssüf ki, sivil dünyanın gözü qarşısında baş verdi.
Vüqar Rəhimzadə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə informasiya cəbhəsində üstünlüyümüzün rolunu xüsusi qeyd etdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi olaraq Ermənistanın və xarici ölkələrdəki erməni diasporunun yaratdığı informasiya blokadasından çıxan Azərbaycan həqiqətlərinin təbliği bütün dövrlər üçün dövlət siyasətinin əsasında dayanır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı, Heydər Əliyev Fondunun uğurlu layihələri ölkəmizin diplomatik mübarizədə qələbəsində, ermənilərin iç üzünün ifşasında əhəmiyyətli rol oynadı. Şanlı Zəfərimiz bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Azərbaycan tarixi Zəfəri ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Faciələrimizi unutmamalı, tariximizin saxtalaşdırılmasına yol verməməliyik.
Mia.az
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi