Hirkan Milli Parkında yanğın olub (Yenilənib)

img

30-03-2023 [11:41]


Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığındakı ərazisində bu gün səhər saatlarında baş verən yanğın söndürülüb. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ərazidə növbətçilik təşkil edilib. Yanğın nəticəsində quru ot örtüyü yanıb.

***

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA