Səfirliyin maşını qəza törətdi

img

10-05-2014 [13:58]


Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin xidməti avtomobili qəzaya düşüb. 

Hadisə gecə saatlarında Nəsimi rayonu, Tbilisi prospektində qeydə alınıb. 

Hadisə zamanı "Kia" və "Toyota" markalı minik maşınları toqquşub. Müəyyən edilib ki, nəqliyyat vasitələrinin hər ikisi Bakıxanov dairəsindən metronun 20 Yanvar stansiyası istiqamətində hərəkət edirmiş. Ancaq iki yolun ayrıcında "Toyota" markalı avtomaşının sürücüsü qəfildən əyləci basıb. Ara məsafəsini qorumayan "Kia" markalı avtomaşının sürücüsü isə bu qəzadan yayına bilməyib və arxadan digər avtomaşına çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Faktı Yol Patrul Xidmətinin əməkdaşları araşdırır. 

Qeyd edək ki, "Toyota" markalı avtomaşın Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə məxsus olub(anspress.com).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA