Britaniyada etirazlar başlayır

img

28-03-2023 [20:32]


Britaniyada da etirazlar başlayır.

Mia.az Britaniya mətbuatına istinadla xəbər verir ki, “Unite” həmkarlar ittifaqının üzvü olan Hitrou hava limanında 1400 təhlükəsizlik işçisi maaş artımı mübahisəsinə görə tətil edəcək.

Məlumata görə, etirazlar martın 31-də başlayacaq və aprelin 9-da - Pasxa bayramında başa çatacaq. 

Bu müddət ərzində "British Airways" gündəlik 32 uçuşu ləğv etmək məcburiyyətində qalacaq.

"British Airways"dən bildirilib ki,  uçuşun ləğvindən təsirlənən sərnişinlər ya 24 saat ərzində alternativ reyslərə yönləndiriləcək, ya da biletlər geri alınacaq.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR