Ərdoğan Yenidən Rifah Partiyasının qərargahına getdi - FOTO (Yenilənib)

img

28-03-2023 [17:18]


Prezident Ərdoğan bu gün yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanı ziyarət edib.

Mia.az Türkiyə TV-lərinə istinadla xəbər verir ki, Ərbakan prezidenti qapıda qarşılayıb.

Tərəflər səmimi görüşdəkdən sonra qərargaha daxil olublar

***

Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Cumhur İttifaqına qoşulan Yenidən Rifah Partiyasının qərargahına gedəcək

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, ziyarət yerli vaxtla saat 16.00-da baş tutacaq.

Onun partiya sdəri Fatih Ərbakanla seçki ilə bağlı müzakirə aparacağı deyilir.

Xatırladaq ki, prezidentliyə namizədliyini Ərdoğanın xeyrinə geri çəkən sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın mayın 14-də keçirilən seçkidə Ərdoğan qalib gələrsə, ölkənin vitse-prezidenti təyin ediləcəyi barədə söhbətlər dolaşır.

Onu da qeyd edək ki, hazırkı vitse-prezident Fuad Okay Ankaradan deputatlığa namizəd olacaq. 

Zülfiyyə

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR