“Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranın istismarı dayandırılıb

img

28-03-2023 [10:15]


Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi təhlükəli kranın fəaliyyətini dayandırıb.

Mia.az xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 16-cı km ünvanında yerləşən “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA