08-05-2014 [19:32]
MŞ sədri Əflatun Amaşov "Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” mövzusundakı layihə ilə bağlı məlumat verərək bildirib ki, mövcud təşəbbüs çərçivəsində reallaşdırılmış mühüm tədbirlərdən biri də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş «Azərbaycan beynəlxalq münasibətlər sistemində» yazı müsabiqəsidir. "Ulu Öndər Heydər Əliyev medianın cəmiyyətdəki yeri və roluna daim böyük önəm verib. Onun hakimiyyətdə olduğu illərdə Azərbaycan mətbuatı mühüm keyfiyyət dəyişiklikləri mərhələsinə qədəm qoymuşdu. Medianın hüquqi bazasının işlənilməsi həyata keçirildi. Cəmiyyətdə söz və ifadə azadlıqlarını dərinləşdirmək məqsədilə tədbirlər gerçəkləşdirildi. Heydər Əliyev irsi hər birimiz üçün öyrənilməli məxəzdir. Bu prosesdə jurnalistikanın böyük rolu var. Müsabiqəmizə təqdim olunan yazılar da həmin rolun kifayət qədər dərk edildiyini söyləməyə əsas verir. Bütün qalibləri təbrik edirəm, onlara yeni-yeni uğurlar arzulatıram”.
MŞ İdarə Heyətinin üzvü, Şuranın beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası fəaliyyətində jurnalistlərin ixtisaslaşmaları ilə bağlı məsələlərə daim böyük önəm verib. İndiyədək mövcud istiqamətdə çoxsaylı təşəbbüslərlə çıxış edib. Nəticə etibarilə bir sıra uğurlara da imza atılıb. Bu baxımdan beynəlxalq münasibətlər mövzusuna üstünlük verən jurnalistlərin formalaşması da önəmlidir: "Başlıca məqsədimiz də bu prosesə dəstək verməkdən ibarətdir. Layihə çərçivəsində KİV-lərin monitorinqi aparılmaqda, peşəkarlıq xüsusiyyətlərinə nəzər salınmaqdadır. Həmçinin beynəlxalq mövzudakı materialların təqdimatındakı tendensiyalara da diqqət yetirilməkdədir. Ümumən görüləcək işlər çoxdur. Biz monitorinqin nəticələrinə görə fərqlənən KİV-lərin, eləcə də bu müsabiqənin nəticələrinə görə fərqlənən jurnalistlərin gələcəkdə ixtisasartırma kurslarına cəlb edilməsini nəzərdə tuturuq. Hesab edirəm ki, bu gün mükafatlandırılma mərasiminin keçirildiyi müsabiqə mövcud istiqamətdəki konturları müəyyənləşdirmək baxımından önəmli oldu. Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, həmçinin beynəlxalq siyasi proseslərə baxışda Azərbaycan jurnalistikasının rolunun artırılması son dərəcə önəmlidir.”
MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə məlumat verib ki, layihə çərçivəsində aparılan monitorinqin nəticələrinə görə beynəlxalq münasibətlər mövzusunun təqdimatında fərqlənən KİV-lər də təltif olunacaqlar. Bu baxımdan "525-ci qəzet”in, "İki sahil” və "Xalq cəbhəsi” qəzetlərinin, həmçinin AzərTAc-ın, APA-nın və "SalamNyews” İnformasiya Agentliklərinin fərqləndiyini vurğulayan R.Hüseynzadə ötən səkkiz ayın yekunlarına əsasən 20-i qəzet, 10-u elektron media resursu olmaqla monitorinqə cəlb olunmuş 30 KİV-də ümumilikdə 24557 materialın getdiyini vurğulayıb. 24557 materialın 12484-ü qəzetlərin, 12073-ü elektron resursların payına düşür. "KİV-lər daha çox beynəlxalq təşkilatlarla əməkdaşlıqla bağlı materiallara üstünlük veriblər. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın
Cənubi Qafqaz regionundakı mövqeyi, qonşuluq münasibətlərinə dair materiallar da üstünlük təşkil edib. Monitorinqdə diqqət yetirilən ikinci cəhət materialların məhz hansı səpkili olmasıdır. KİV materiallarının monitorinqinə əsasən qəzetlərin və internet media resurslarının daha çox üstünlük verdikləri istiqamətlər müəyyənləşdirilib və həmin istiqamətlər üzrə dəyərləndirmələr aparılıb. Bu istiqamətlərin sayı 4-dür – siyasi, iqtisadi, mədəniyyət, elmi”.
Qeyd edək ki, 24557 materialdan 16920-i siyasi məzmunludur. İqtisadi məzmunlu materialların sayı 4029-dur. Beynəlxalq miqyaslı mədəni əlaqələri əks etdirən materiallar 2508 təşkil edib.
1100 material isə beynəlxalq miqyaslı elmi əlaqələri əks etdirib. Janr xüsusiyyətlərinə gəlincə, ümumi materialların 20406-ı xəbərdir. 2202 material müsahibədir. Analitik təhlillərin sayı 1949-dur. Monitorinq qəzetlərin elektron informasiya resurslarına nisbətdə beynəlxalq miqyaslı prosesləri əks etdirən analitik materiallara daha çox üstünlük verdiklərini müəyyənləşdirib.
Tədbirdə «Azərbaycan beynəlxalq münasibətlər sistemində» müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına keçilməzdən öncə beynəlxalq münasibətlərə dair materialların təqdimatında fərqlənmiş "525-ci qəzet”ə, "İki sahil” və "Xalq cəbhəsi” qəzetlərinin, həmçinin AzərTAc-ın, APA-nın və "SalamNyews” İnformasiya Agentliyinin nümayəndələrinə MŞ-nin diplomları təqdim olunub.
«Azərbaycan beynəlxalq münasibətlər sistemində» müsabiqəsi mükafatçılarının siyahısı:
"Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti”
istiqaməti üzrə
I yer
Rəşad Cəfərli, "Azərbaycan” qəzeti
II yer
Azər Nuriyev, "Kaspi” qəzeti
III yer
Eldəniz Əliyev, "Unikal” qəzeti
Elçin Namazov, "İki sahil” qəzeti
"Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu”
istiqaməti üzrə
I yer
Fuad Hüseynzadə, "İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi
II yer
Cavanşir Həsənli, "Xalq cəbhəsi” qəzeti
III yer
Akif Cabbarov, İTV
"Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar”
istiqaməti üzrə
I yer
Müsəllim Həsənov, Bakı Media Mərkəzi
II yer
Əhməd Məmmədov, AzərTAc
III yer
Ruslan Xəlil,"Gündəlik teleqraf” qəzeti
Həvəsləndirici mükafatlar
1. Asəf Quliyev, "qafqazinfo.az” saytı
2. Əziz Mustafa, "Zaman Azərbaycan” qəzeti
3. Pünhan Əfəndiyev, "Üç nöqtə” qəzeti
4. Vüqar Orxan, "Mədəniyyət” qəzeti
5. İlkin Ağayev, "Palitra” qəzeti
6. Aqil Aslan, "Ekspress” qəzeti
7. Bəhlul Eminli, "İqtisadiyyat və həyat” jurnalı
8. Nurlan Qələndərov, "Yeni Azərbaycan” qəzeti
9. Lalə Mehralı, "Səda” İnformasiya Agentliyi
10. Süleyman İsmayılbəyli, "Olaylar” İnformasiya Agentliyi
11. Günel Cəlilova, "Bakı xəbər” qəzeti
12. Seymur Verdizadə, "Reytinq” qəzeti
13. Vüsal Tağıbəyli, "Həftə içi” qəzeti
14. Paşa Əmircanov, "Xalq qəzeti”
15. Ramiz Cürənov, APA
16. Tahir Abbaslı, "Paralel” qəzeti
17. Ayyət Abdullayev, "Şərq” qəzeti
18. Fərəh Sabirqızı, "Bakı post” qəzeti
19. Fariz Vəliyev, "Mövqe” qəzeti
20. Orxan İsrafilov, "İki sahil” qəzeti
21. Zəkurə Quliyeva, "Qarabağ” qəzeti
Bölgə qəzetləri
1. Azər Abdullayev, "Astara” qəzeti
2. Xanım Nəsibova, "Kür” qəzeti (Yevlax)
3. Lalə Maqsudova, "Qobustan” qəzeti
4. İbrahim İbrahimov, "Zaqatala” qəzeti
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO
“Kapital Bank” müştərilərin bank kartlarını niyə kütləvi bloklayır? - Maaşlar da "qara siyahı"dadır
Semeru dağında vulkan ard-arda beş dəfə püskürüb - İndoneziyada
Almaniya ordusu "dron sürüsü" alır - 536 milyon avro dəyərində
"Turan Tovuz”un məşqçisi cəzalandırıldı - Kluba isə 10 min manat cərimə kəsildi (VİDEO)
Pensiyalar iki aylıq artımla bir yerdə veriləcək - AÇIQLAMA
FAO ilə ANAMA ilə arasında yeni əməkdaşlıq müzakirə olunub
Epşteyn işi: 6 milyonçunun adı niyə sənədlərdə gizlədilib?
"Qəbələ" klubu əcnəbi futbolçu ilə anlaşıb
Mərkəz: "Ölkənin yeyinti məhsullarının ixrac dəyəri 22,6 % artıb"
Bakı və Əbu-Dabi arasında Anlaşma Memorandumu imzalanıb
"Qarabağ" – "Nyukasl" matçının biletləri sabah satışa çıxarılır
"Kamerasız gəl..." - Deputat Tahir Mirkişilinin qardaşı sakinlərin çıxarışını verə bilmir, qalmaqal böyüyür (VİDEO)
Məşhur aktyor 45 yaşında qəfildən vəfat etdi - Gecə yarısı + FOTO
İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib - Müzakirə
Sabah hava necə olacaq? - Proqnoz