Qadın niyə özünü yandırb? - DİN polis şöbəsinin yaxınlığında baş verən hadisə barədə açıqlama yaydı

img

17-03-2023 [10:59]


Bu gün səhər saatlarında Biləsuvarda rayon sakini Səidə Babayeva polis şöbəsinin yaxınlığında özünü yandırmağa cəhd edib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınaraq ona ilkin tibbi yardım göstərilməklə xəstəxanaya çatdırılıb.

Qadının intihara cəhd etməsinin səbəbi Cinayət Məcəlləsinin 152.1 (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə), 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən, məhkəmənin qərarı ilə həbs edilən oğlu, 2000-ci il təvəllüdlü oğlu Babək Babayevin dərhal azadlığa buraxılmasını istəməsi olub.

Araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA