Prezident bu şəxslərə ali xüsusi rütbə verdi - Sərəncam

img

16-03-2023 [17:21]


Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə II dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Bundan başqa, Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər regional miqrasiya baş idarəsinin rəisi İslam Məsum oğlu Ağayevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA