UNEC komandası TEXNOFEST-in finalına yüksəlib 

img

15-03-2023 [17:47]


UNEC tələbələrinin “AgroBot” komandası dünyanın ən böyük texnoloji yarışlarından olan TEXNOFEST-in finalına yüksəlib.

Mia.az xəbər verir ki, komanda TEXNOFEST-ə kənd təsərrüfatı sahəsində istifadə ediləcək və süni intellektin tətbiq olunduğu yerüstü nəqliyyat vasitəsi layihəsini təqdim edib. Layihədə təqdim olunan pilotsuz cihaz süni intellekt vasitəsilə zərərli bitkiləri müəyyənləşdirərək məhv edəcək.

Komandanın kapitanı UNEC-in MBA üzrə magistr tələbəsi Məhəmməd Rəhimovdur, üzvləri isə Rəqəmsal İqtisadiyyat fakültəsinin “Kompüter elmləri” ixtisasının tələbələri Türkan Bəşirli, Ayşən Əhmədova, Mühəndislik fakültəsinin tələbələri Məhəmməd Məmmədov və Kənan Mustafayevdir.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA