"Sumqayıt" klubu Səbuhi Abdullazadə ilə yenidən anlaşıb

img

14-03-2023 [18:15]


"Sumqayıt" klubu Səbuhi Abdullazadə ilə yenidən anlaşıb.

Klubdan Mia.az-a verilən məlumata görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2025/2026 mövsümünün sonunadək sözləşmə imzalanıb.

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında başlayan Abdullazadə 2017/2018 mövsümündə - 15 yaşı olarkən Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017). Ölkə çempionatında ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

Qeyd edək ki, Səbuhi Abdullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

14:42 26.12.2025

Bu klublar cərimələnib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA